Ötən il fermerlərə 2,39 milyon manat sı­ğorta ödənişi həyata keçirilib

2023.03.28 17:56 (UTC+04:00)

2022-ci ildə Aqrar Sığorta Fondu tərəfindən bitkiçilik və heyvandarlıq sığortası üzrə ümumi olaraq fermerlərə 2,39 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

vergiler.az”ın Fondun hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki göstəricini 3,9 dəfədən çox üstələyir.

İl ərzində ödənilən məbləğin 70,3 faizi (1,68 milyon manatı) bitkiçilik, 29,7 faizi (710 min manatı) isə heyvandarlıq üzrə sığorta ödənişinin payına düşüb. 2021-ci illə müqayisədə ötən il bitkiçilik sığorta ödənişləri üzrə 57,9 dəfə, heyvandarlıq​ üzrə isə 23,5 faiz artım qeydə alınıb.

Hesabat ilində 249 946 hektar ərazi və 13 102 baş heyvan sığortalanıb. Zərər dəyən ərazi 27 912 hektar, tələf olan heyvan sayı isə 418 baş təşkil edib.