Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin tətbiq edildiyi 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər istehlakçılara ümumilikdə 184 522 kassa çeki üzrə 56,5 min manatdan çox, cari ilin fevral ayında isə 137 184 kassa çeki üzrə 34,7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, yanvar ayı ilə müqayisədə fevral ayında kassa çekləri üzrə 2,9 dəfə, qaytarılan məbləğ üzrə 1,6 dəfə artım olub.
Qeyd edək ki, hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi istehlakçılara geri qaytarılır.