28 mart 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. AMB-dən “vergiler.az”a verilən məlumata əsasən, hərracda tələb 96,3 milyon ABŞ dolları təşkil edib. Tələb tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Məlumatda bildirilir ki, hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.