Dövlət satınalmalarının ümumi məbləği artıb

2023.03.28 10:48 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında dövlət satınalmalarının ümumi məbləği 1119,4 milyon manat təşkil edib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur.

vergiler.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.

Xidmət rəisi ötən ilin eyni dövründə bu məbləğin 890,2 milyon manat olduğunu bildirib.