Çinlə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 30 ildə 800 dəfədən çox artıb

2023.03.28 10:32 (UTC+04:00)

Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 1992-ci ildə, diplomatik münasibətlərin başlanğıcında 1,49 milyon dollar olduğu halda, 2021-ci ildə 800 dəfədən çox artaraq 1,2 milyard dollara çatıb.

Bunu “vergiler.az”a Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuan bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə - Çin ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından keçən 30 il ərzində ikitərəfli ticarət-iqtisadi əlaqələr sağlam və sabit inkişaf tempini qoruyub, müxtəlif sahələrdə əməkdaşlıq fəal şəkildə inkişaf edib.

Tamilla MƏMMƏDOVA