Qazaxıstan Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş layihəsini təsdiqləyib

2023.03.28 10:01 (UTC+04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş layihəsini təsdiqləyib.

vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlət başçısının sərəncamında deyilir.

Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətə dəstək verməklə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin iqtisadi inkişafına kömək etməkdir.

Sənədi Qazaxıstanla birlikdə Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan imzalayır.

Fondun kapitalı 10 min ilkin səhm, hər bir TDT üzvü üçün 2 min səhm, hər bir ölkə üçün ödənilən səhmin ümumi nominal dəyəri 70 milyon ABŞ dolları, hər bir ölkə üçün cəlb olunan səhm üzrə ümumi nominal dəyər isə 30 milyon dollar təşkil edir.