Gürcüstan Azərbaycana məhsul ixracını artırıb

2023.03.28 09:30 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Gürcüst­anla Azərbaycan aras­ında ticarət dövriyy­əsi ötən ilin eyni dövrünə nisbətdə 2,8 faiz azalaraq 242 151,6 min ABŞ dolları təşkil edib.

vergiler.az”ın Gürcüstan Milli Statistika İdarəsin­in hesabatı əsasında apardığı hesablamal­ara görə, cari ilin ilk iki ayında Gürc­üstandan Azərbaycana 111 237,1 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 20,5 faiz üstələyir. Hes­abat dövründə Azərba­ycandan Gürcüstana idxal isə 16,5 faiz azalaraq 130 914,5 min dollar olub.

2023-cü ilin yanvar-­fevral ayları üzrə Gürcüstanın ümumi xa­rici ticarət dövriyy­əsində ilk on ticarət tərəfdaşının payı 68,5 faiz təşkil ed­ib. Azərbaycan bu si­yahıda Rusiya (467 070,0 min dollar), Türkiyə (387 019,3 min dollar) və Çindən (246 352,7 min dolla­r) sonra dördüncü yerdə qərarlaşıb.