Bu ilin yanvar-fevral aylarında ölkədən 4 706,84 min ABŞ dolları dəyərində 90 272,79 ton hazır və ya klinker formasında sement ixrac olunub. "vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 1 806,01 min dollar (62,2 faiz), həcm baxımından isə 15 645,08 ton (21 faiz) üstələyir.
Təkcə cari ilin fevralında 2 695,43 min dollar dəyərində 51 802,05 ton məhsul ixrac edilib ki, bu da yanvar ayı ilə müqayisədə müvafiq olaraq 684,02 min dollar (34 faiz) və 13 331,31 ton (34,6 faiz) çoxdur.
Qeyd edək ki, bu ilin ilk iki ayında sementin ümumi ixracda xüsusi çəkisi 0,10 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,72 faizə bərabər olub.