İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək

2023.03.27 16:49 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov 30 mart 2023-cü il tarixində Tərtər rayonunda (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti, 46, Gənclər Mərkəzi) Tərtər və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən Tərtər və Bərdə rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin “195-1” Çağrı Mərkəzində və ya rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər:

https://e-services.economy.gov.az/murac/muracietForm.aspx