Qao Yuanyuan: “Azərbaycan müəssisələri Çində investisiya yatırımlarında irəliləyişlər əldə ediblər”

2023.03.17 14:41 (UTC+04:00)

Çin müəssisələri Azərbaycanda neft-qaz yataqlarının işlənməsi və mühəndislik xidmətləri üzrə layihələrə fəal şəkildə sərmayə qoyurlar.

Bunu “vergiler.az”a Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Qao Yuanyuan bildirib.

Onun sözlərinə görə, 2021-ci il ərzində Çin Azərbaycanın bütün sənayesinə birbaşa 27,86 milyon dollar sərmayə qoyub və faktiki olaraq Azərbaycan tərəfdən 8,35 milyon dollar investisiya qəbul edib: “Azərbaycan müəssisələri Çində investisiya qoyuluşlarında, ticarətdə, geyim və yüngül sənaye məhsullarının emalı sahəsində müsbət irəliləyişlər əldə ediblər”.

O qeyd edib ki, Çin tərəfindən Sumqayıt Kimya Sənaye Parkında tikilən zavod keramik plitələr istehsalı üzrə regionun ən böyük zavodu olacaq.