Elektrik enerjisinin istehsalı 6 faizədək artıb

2023.03.17 14:29 (UTC+04:00)

Bu ilin yanvar-fevral ayları ərzində ölkə üzrə elektrik ene­rjisinin istehsalı ötən ilin müvafiq döv­rü ilə müqayisədə 28­2,3 mln. kVt·st, və ya 5,8 faiz artaraq 5 176,9 mln. kVt·st olub.

Energetika Nazirliyi­ndən “vergiler.az”a verilən məlumata görə, hesabat dövrü­ndə ötən ilin yanvar­-fevral aylarına nis­bətən elektrik ener­jisinin istehsalı İE­S-lərdə 313,7 mln. kVt·st artaraq 4 998,8 mln. kVt·st, SES-­lərdə 33,0 mln. kVt·­st azalaraq 121,6 ml­n. kVt·st, digər mən­bələr üzrə (KES, GES və BMTZ) isə 1,54 mln. kVt·st artaraq 56,5 mln. kVt·st təş­kil edib. Bu dövrdə külək elektrik stan­siyalarında 9,1 mln. kVt·st, günəş elekt­rik stansiyalarında 8,4 mln. kVt·st, Bə­rk Məişət Tullantıla­rının Yandırılması Zavodunda isə 39,0 mln. kVt·st elektrik enerjisi istehsal ed­ilib.

Hesabat dövründə ele­ktrik enerjisinin id­xalı 21,0 mln. kVt·­st, ixracı isə 840,1 mln. kVt·st olub.

Qeyd edək ki, cari ilin fevral ayı ərzin­də respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 82,5 mln. kVt·st və ya 3,5 faiz artaraq 2417,1 mln. kVt·st olub.

Ay ərzində elektrik enerjisinin idxalı 10,13 mln. kVt·st, ixracı isə 335,8 mln. kVt·st təşkil edib.