Rusiya ilə ticarət dövriyyəsi artıb

2023.03.17 12:25 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 356 209,3 min ABŞ dolları və ya 87,9 faiz artaraq 761 547,77 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında Rusiyadan Azərbaycana 565 612,88 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 283 280,78 min dollar və ya 2 dəfə üstələyir.

Hesabat dövründə Azərbaycandan Rusiyaya ixrac edilən məhsulların dəyəri isə 59,1 faiz və ya 72 928,52 min dollar artaraq 195 934,89 min dollar təşkil edib.

Qeyd edək ki, yanvar-fevral aylarının yekunlarına görə, Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında yer alıb. Cari ilin ilk ayında ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 10,62 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 5,52 faiz bəndi üstələyir.