İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
SİF-dən “vergiler.az”a verilən məlumata əsasən, səfər çərçivəsində muxtar respublikanın İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Naxçıvanda sahibkarların maliyyələşdirilməsi ilə bağlı əsas investisiya istiqamətləri, həmçinin, dövlətin maliyyə dəstəyi mexanizmlərinin muxtar respublikada tətbiqinin genişləndirilməsi üçün əməkdaşlıq imkanları müzakirə olunub.
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri ilə görüşdə SİF ilə koordinasiyalı fəaliyyət, güzəştli maliyyə mexanizmlərinin tətbiqinə ehtiyac olan istiqamətlərin müəyyənləşdirilməsi və s. məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Sahibkarlarla görüşdə SİF-in fəaliyyət istiqamətləri və güzəştli maliyyə mexanizmləri barədə məlumat verilib, sahibkarların maliyyə resurslarına çıxış imkanlarıvə s. barədə müzakirə aparılıb, təkliflər səsləndirilib.
SİF nümayəndələri Naxçıvanda fəaliyyət göstərən bankların təmsilçiləri ilə görüşdə kreditləşmə ilə bağlı mövcud vəziyyət barədə məlumatlanıblar.
Səfər çərçivəsində muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən yararlanmış müəssisələrin fəaliyyəti ilə tanışlıq olub.