Dağıstanla Azərbaycan arasında dəmir yolu ilə yük dövriyyəsində artım var

2023.03.17 12:09 (UTC+04:00)

Gecə saatlarında qatarların hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldıqdan sonra Dağıstanla Azərbaycan arasında dəmir yolu ilə yük dövriyyəsi iki dəfə artıb.

vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin filialı olan Mahaçqala Nəqliyyat Xidməti Agentliyinin rəhbəri Arsen Urudjev deyib.

Onun sözlərinə görə, qatarların hərəkətinə qoyulan məhdudiyyətlərin ləğvi Rusiyanın mərkəzi hissəsindən Dağıstan vasitəsilə Azərbaycana, oradan isə İrana və bu respublika ilə həmsərhəd olan digər ölkələrə yükdaşımaların həcminin artmasına səbəb olub. “Bu, daşınan yüklərin həcmini demək olar ki, 50 faiz artırmağa imkan verib”, - A.Urudjev qeyd edib.

Bildirilib ki, dəmir yolu ilə neft məhsulları, taxıl, un, tikinti materialları daşınır. Ümumilikdə, 2022-ci ilin yekunlarına görə, təxminən 7,5 milyon ton yük daşınıb.