Müəyyən edilən qaydalara əsasən, məişət tipli qaz sayğacları beş il tamam olduqda çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilməlidir.
Bu barədə “vergiler.az”a “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, hazırda qaz təsərrüfatında istifadə olunan öncədən ödənişli qaz sayğacları smart deyil, smart-kart tipli qaz sayğaclarıdır. “Bu qaz sayğacları onlayn rejimdə çalışmır. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildən etibarən smart tipli qaz sayğaclarının tətbiqi nəzərdə tutulub və “Azəriqaz” tərəfindən artıq bu istiqamətdə işlər aparılmaqdadır. Belə ki, quraşdırılan mexaniki tipli qaz sayğaclarının üzərinə əlavə olaraq smart qurğusu quraşdırılır. Beləliklə, mexaniki tipli qaz sayğacı smart tipli qaz sayğacı olaraq çalışır”, - deyə R.Əliyev qeyd edib.