İlk iki ayda 268 min tondan çox buğda idxal edilib

2023.03.17 10:54 (UTC+04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 81 987,79 ABŞ dolları dəyərində 268 114,16 ton buğda idxal edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 57,8 faiz, həcmi isə 78 faiz artıb.

Qeyd edək ki, bu ilin ilk iki ayı ərzində buğda idxalı ölkənin ümumi idxalının 3,09 faizinə bərabər olub.