Bu ilin yanvar-fevral aylarında ölkədə 5,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, neft hasilatının 3,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.
Hesabat dövründə 4,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,8 milyon tonu konsorsiumun, 305 min tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2023-cü il tarixinədək 611 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 570 milyon ton neft, “Şahdəniz”dən isə 41 milyon ton kondensat çıxarılıb. Bundan 01 mart 2023-cü il tarixinədək 609 milyon tondan çoxu ixraca nəql edilib.
Cari ilin ilk iki ayında ölkədə neftin emalı 1,1 milyon ton təşkil edib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 51 min ton çoxdur.