Qao Yuanyuan: “Çin bazarında Azərbaycan məhsullarına tələbat var”

2023.03.16 16:11 (UTC+04:00)

Azərbaycan və Çin arasında qeyri-neft sahəsində ticarət sürətlə inkişaf edir. Bunu “vergiler.az”a Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuan bildirib.

Onun sözlərinə görə, Azərbaycan istehlakçıları arasında gündəlik tələbat əşyalarından tutmuş mobil telefonlar, avtomobillər, mexaniki və elektrik avadanlıqlarına qədər geniş spektri əhatə edən “Made in China” məhsullarına tələbat artır. “Eyni zamanda, Azərbaycan biznesmenləri müxtəlif sərgi və tədbirlərdə fəal iştirak edirlər”, - Qao Yuanyuan deyib.

Ekspert qeyd edib ki, Çində Azərbaycan ticarət evlərinin açılması Azərbaycan mallarının Çində getdikcə daha da populyarlaşmasına səbəb olub: “Çin bazarında Azərbaycan şərabı və nar şirəsi kimi yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarına tələbat var”.

Tamilla MƏMMƏDOVA