Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qaz ixracı 13 faiz artaraq 4,3 milyard kubmetr təşkil edib.
Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, ixracın 44 faizi (1,9 milyard kubmetri) Avropanın, 40 faizi (1,7 milyard kubmetri) Türkiyənin, 16 faizi (0,7 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.
Hesabat dövründə TANAP Türkiyəni 0,9 milyard kubmetr qazla təchiz edib.