Bu ilin yanvar-fevral ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 485 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
“vergiler.az” Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən 164 fiziki və hüquqi şəxsə 3,6 milyon manat məbləğində güzəştli kredit verilib ki, bunun hamısı texnika və avadanlıq təyinatlı kreditlərdir.
Cari ilin ilk iki ayında AKİA tərəfindən kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 329 müraciət üzrə 3,9 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.