Rusiyanın ərzaq məhsulları istehsalçılarının ölkəmizə biznes missiyası təşkil olunacaq

2023.03.15 16:15 (UTC+04:00)

Martın 28-də Rusiyanın ərzaq məhsulları və sərinləşdirici içkilər istehsalçılarının Azərbaycana onlayn biznes missiyası keçiriləcək.

vergiler.az” Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə istinadən xəbər verir ki, tədbir çərçivəsində Rusiya tərəfdən hər bir iştirakçı öz məhsullarının onlayn təqdimatını keçirəcək. Tədbirdən sonra əməkdaşlıqda maraqlı olan Azərbaycan şirkətləri suallarını verə və sonradan danışıqlar apara biləcəklər.