Hindistanın əczaçılıq müəssisələri ilə B2B görüşlər keçiriləcək

2023.03.15 13:30 (UTC+04:00)

Martın 16-da Bakıda Hindistan və Azərbaycan sahibkarları arasında əczaçılıq üzrə işgüzar görüş təşkil ediləcək.

Hindistan səfirliyindən “vergiler.az”a verilən məlumata görə, tədbirdə Hindistan Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurasının (Pharmexcil) başçılıq etdiyi, Hindistanın 50-yə yaxın əczaçılıq müəssisəsinin təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edəcək.

Tədbir çərçivəsində əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığına dair konfrans və ikitərəfli B2B görüşlər keçiriləcək.