Cari ilin ilk iki ayı ərzində 63 minə yaxın “Asan İmza” sertifikatı verilib

2023.03.15 12:23 (UTC+04:00)

"vergiler.az" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 42.245 müraciət üzrə 62.659 “Asan İmza” sertifikatı verilib. Həmçinin 2800-ə yaxın vergi ödəyicisinə qüvvədə olan Asan İmza ilə mövcud sertifikatın yenilənməsi və yeni sertifikatların verilməsi elektron xidmətləri vasitəsilə təqdim olunub.