İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən telekommunikasiya bazarında xidmət keyfiyyətinin göstəricilərinə dair tənzimləyici çərçivə hazırlanır.
"vergiler.az" xəbər verir ki, bunu “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda keçirilən konfransda çıxış edərkən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
Onun sözlərinə görə, bu sahədə sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması tənzimləyici üçün prioritet məsələlərdən biridir.
"İstehlakçıların istək və ehtiyaclarının öyrənilməsi, eləcə də onların şikayət və müraciətlərinin araşdırılması, həll olunması tənzimləmə baxımından olduqca zəruri məsələdir. Agentlik telekommunikasiya bazarında xidmət keyfiyyətinin göstəricilərinə dair tənzimləyici çərçivənin hazırlanması üzrə işlərə başlayıb və bununla əlaqədar yaxın aylarda bu sahədə xidmət göstərən operatorlarla birgə müzakirə nəzərdə tutulur",- deyə S.Məmmədov qeyd edib.