Bəzi məhsulların etiketində onların tərkibində olan göstəricilərin önə çəkilməsinə icazə verilməyəcək.
"vergiler.az" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusuna hərs olunmuş elmi konfransda deyib.
Onun sözlərinə görə, bir sıra məhsulların üzərində istehlakçıların aldadılması və çaşdırılması üçün müəyyən məlumatlar yazılır. Məsələn, süd məhsulları üzərində kalsiumun olduğu xüsusi qeyd edilir. Ancaq bu, məhsulun özəlliyini ehtiva etmir: "Buna baxmayaraq, bizim bir çox sahibkarlıq subyektləri bunu xüsusi bir göstərici kimi önə çəkmək istəyirlər. Eyni halı süfrə sularında da görə bilərik. Dünyanın heç bir ölkəsində hər hansı süfrə suyunun insan orqanizminə müalicəvi təsiri haqqında məlumat yoxdur".