"ƏDV geri al" mexanizmi istehlakçı hüquqlarının qorunmasına xidmət edir

2023.03.15 11:01 (UTC+04:00)

"ƏDV geri al" mexanizminin tətbiqi istehlakçıların hüquqlarının qorunması istiqamətində atılan addımlardan biridir.

"vergiler.az" xəbər verir ki, bunu “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda keçirilən konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması, kassa çeklərinin tələb edilməsi kassa dövriyyəsinin şəffaflaşmasına səbəb olub.

"Beləliklə, “kölgə iqtisadiyyatı” ilə effektiv mübarizə üsullarından olan "ƏDV geri al" mexanizminin tətbiqi ilə birbaşa istehlakçı hüquqlarının müdafiəsinə dəyər verilməsi müşahidə olunur",- deyə S.Məmmədov qeyd edib.