Yeni nəsil NKA-lar vasitəsilə dövriyyədə 19,7 faiz artım var

2023.03.15 10:35 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmətdən “vergiler.az”a verilən məlumata görə, indiyədək ölkə ərazisində 86.447 ədəd yeni nəsil NKA quraşdırılıb.

Məlumatda o da xüsusi vurğulanıb ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır: “2023-ci ilin yanvar-fevral ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3,1 milyard manatdan artıq olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz çoxdur”.