Torpaq sahələrinin ilkin qeydiyyatında müsbət dinamika

2023.03.15 10:10 (UTC+04:00)

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələrinin ilkin qeydiyyatı 3,1% artaraq 5 847 olub.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, bu dövrdə 68 883 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 74,1% artım deməkdir. Qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% artaraq 12 102 olub.