Ötən il 62,1 min unsiya qızıl hasil edilib

2023.03.14 17:08 (UTC+04:00)

2022-ci ildə “AzerGold” QSC tərəfindən 62,1 min unsiya qızıl, 223,1 min unsiya gümüş hasil edilib.

QSC-dən “vergiler.az”a verilən məlumata görə, 2021-ci illə müqayisədə qızıl hasilatı 524 unsiya (0,9 faiz), gümüş hasilatı isə 88,6 min unsiya (65,9 faiz) artıb.

Ümumilikdə 2017-2022-ci illər üzrə cəmi göstərici 318 min unsiya qızıl və 711 min unsiya gümüş təşkil edib.

Cari ildə 62,5 min unsiya qızıl, 108,3 min unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib.