ÜDM istehsalında artım qeydə alınıb

2023.03.14 15:05 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən “vergiler.az”a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,6 faiz artım qeydə alınıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 manata bərabər olub.