Bu ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən 312 883 sərnişinə xidmət göstərilib.
Aeroportdan “vergiler.az”a verilən məlumata görə, bu, ötən ilin eyni ayına nisbətdə 52 faiz çoxdur.
Bildirilir ki, 2020, 2021 və 2022-ci illərin fevral aylarında Bakı hava limanının sərnişin axını müvafiq olaraq 270 min, 67 min və 206 mindən çox sərnişin təşkil edib.
Ümumilikdə isə cari ilin fevral ayında ölkənin bütün beynəlxalq hava limanlarının sərnişin axını 367 min nəfər təşkil edib, 2023-cü ilin əvvəlindən isə bu göstərici təxminən 790 min nəfərə çatıb.