Pambıqçı fermerlərə 400 min manat sığorta məbləği ödəniləcək

2023.03.14 12:16 (UTC+04:00)

Ağdamda pambıq sahələri dolu riskindən zərər çəkmiş 55 fermerə 76000 manata yaxın sığorta ödənişi verilib.

Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, ödənişlər Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilir.

Qeyd edək ki, indiyədək Ağdam, Tərtər, Bərdə, İmişli, Goranboy rayonlarında pambıq sahələri dolu, sel, subasma və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərər görmüş 60 fermerə 116 min manatdan çox zərər ödənişi olunub.

Ümumilikdə ölkə üzrə 106 pambıqçı fermerə 400 min manat sığorta məbləğinin ödənilməsi nəzərdə tutulur.