Moskva sənayeçilərinin Azərbaycana biznes missiyası təşkil olunacaq

2023.03.14 10:46 (UTC+04:00)

Bu il “Mosprom” Mərkəzi Moskva sənayeçilərinin iştirak edəcəyi 13 işgüzar missiya təşkil edəcək.

vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva şəhəri İnvestisiya və sənaye siyasəti departamentinin rəhbəri Vladislav Ovçinski məlumat verib.

Onun sözlərinə görə, missiyalara potensial tərəfdaşlarla danışıqların aparılacağı sahə tədbirləri və onlayn görüşlər daxildir.

Departament rəhbəri bildirib ki, ilk işgüzar missiyalar may və iyun aylarında baş tutacaq. Azərbaycan və Hindistana təşkil olunacaq sahə proqramları qida və içki istehsalçıları üçün nəzərdə tutulub, digər sənayeçilər üçün Cənub-Şərqi Asiya ölkələrindən olan potensial tərəfdaşlarla onlayn danışıqlar aparılacaq.

Payızda isə sənaye avadanlığı istehsal edən şirkətlər, eləcə də aqrar-sənaye sektorunun nümayəndələri üçün işgüzar missiyaların keçirilməsi nəzərdə tutulur. Latın Amerikası, Misir, Seneqal, Azərbaycan, Səudiyyə Ərəbistanı, Vyetnam və Cənubi Afrikadan olan alıcılarla danışıqlar planlaşdırılır.