Nar ixracatçıları ilə onlayn görüş keçirilib

2023.03.14 10:25 (UTC+04:00)

Nar ixracatçıları ilə onlayn görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi (AZPROMO) agentliklərinin, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının əməkdaşları iştirak edib.

AZPROMO-dan “vergiler.az”a verilən məlumata görə, tədbirdə ixracın şaxələndirilməsi məqsədilə narın yeni ixrac bazarlarına çıxarılması üçün tələb olunan keyfiyyət standartları, Agentlik tərəfindən göstərilən dəstək tədbirləri, xüsusilə sertifikatlaşma və korporativləşmə ilə bağlı məlumat verilib, fermerlərin sualları cavablandırılıb.