Azərbaycan nümayəndə heyəti Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

2023.03.13 14:43 (UTC+04:00)

14-15 mart tarixlərində İstanbulda Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 26-cı Avrasiya İqtisadi Zirvəsi keçiriləcək.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, “İnamsızlığı bitir, əməkdaşlığa başla” devizi altında baş tutacaq tədbirdə Azərbaycanı nazir Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Tədbir çərçivəsində energetika nazirinin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar panel sessiyada çıxışı nəzərdə tutulur.