Avstriya ilə ticarət dövriyyəsi 15 dəfədən çox artıb

2023.03.13 14:34 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Avstriya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni ayına nisbətdə 54 131,91 min ABŞ dolları və ya 15 dəfədən çox artaraq 57 890,74 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan Avstriyaya ixrac edilən məhsulların dəyəri 52 554,68 min dollar təşkil edib. Ötən ilin eyni ayında bu ölkə ilə ixrac əməliyyatları aparılmayıb.

Hesabat dövründə Avstriyadan Azərbaycana 5 336,05 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 1 577,22 min dollar və ya 41,9 faiz çoxdur.

Cari ilin ilk ayında ölkənin ümumi ticarət dövriyyəsində Avstriya ilə ticarətin payı 1,76 faiz təşkil edib.