Dünya Bankı ilə Azərbaycan üzrə yeni strategiyanın hazırlanması müzakirə edilib

2023.03.13 12:51 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sərdi Taleh Kazımov bu gün Dünya Bankında Azərbaycanın da daxil olduğu Seçki Qrupunun İcraçı direktoru Dominik Favre ilə görüşüb. “vergiler.az” xəbər verir ki, bu barədə T.Kazımov özünün Twitter hesabında məlumat paylaşıb. Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.

“Görüşdə həmçinin Dünya Bankının növbəti dövr üçün Azərbaycan üzrə yeni strategiyanın hazırlanması və layihə portfelinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq”, - T.Kazımov bildirib.