Azərbaycan Ukrayna pendiri və kərə yağının əsas idxalçılarındandır

2023.03.13 10:08 (UTC+04:00)

Azərbaycan Ukrayna pendiri və kərə yağının əsas idxalçıları sırasına daxil olub.

"vergiler.az" "Ukrayna Aqrar Biznes Klubu"na istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Ukrayna 1,3 min ton pendir ixrac edib ki, bu da ötən ilin eyni göstəricisini 49 faiz üstələyir. Bu kateqoriyadan olan məhsullar üzrə ixrac gəlirləri 71 faiz artaraq 6,4 milyon ABŞ dollarına çatıb.

Təkcə 2023-cü ilin fevral ayında 3,8 milyon dollar dəyərində 786 ton pendir ixrac edilib. Fevralda Ukrayna pendirinin ən böyük idxalçıları Qazaxıstan (59,8 faiz), Moldova (19,7 faiz), İordaniya (5,3 faiz) və Azərbaycan (4,7 faiz) olub.

Yanvar-fevral aylarında kərə yağının ixrac həcmi 1,7 min ton təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət həcmi 35 faiz, maya dəyəri göstəricisi isə 31 faiz artaraq 9,4 milyon dollara çatıb.

Təkcə fevral ayında ticarət dövriyyəsinin həcmi 875 ton təşkil edib. Fevralda ən çox kərə yağı Moldovaya (26,1 faiz), Qazaxıstana (21 faiz), Azərbaycana (15,4 faiz), İsrailə (11,2 faiz) və Liviyaya (7 faiz) ixrac edilib.