Bakıda ilk dəfə fərq­li formatda “Vergi və Mühasibatlıq Zirv­əsi” keçirilir

2023.03.11 10:50 (UTC+04:00)

Azərbaycanda ilk dəfə fərqli formatda “Vergi və Mühasibatlıq Zirvəsi” keçirilir.

vergiler.az” xəbər verir ki, 500-dən çox şirkət əməkdaşının, sahə üzrə mütəxəssislərin iştirakı ilə keçirilən tədbirin hədəfi mühasib peşəsinin gələcəyinin, mühasibatlığın şirkət strukturunda yerinin, yeni normaların yaratdığı qeyri-müəyyənlik halında bu peşəyə tələbin müzakirə olunduğu platforma rolunu oynamaqdır.

Zirvənin keçirilməsində əsas məqsədlərdən biri də yeniliyin innovativ həlləri diktə etdiyi, paralel olaraq qanunların yeniliyi izlədiyi dövrdə mühasiblərin rolunun, təkcə mühasibatlıq və vergi ilə məhdudlaşmayan, həm də maliyyə, audit və idarəetmə kimi istiqamətlərin də əhatə olunduğu, sahibkarlar, mühasiblər, maliyyəçilər və digər əlaqəli şəxslər arasında təcrübə mübadiləsinin, maariflənmə və şəbəkələşmənin ön plana çıxdığı bir tədbir olmaqdır.