İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Banqladeş səfirliyinin əməkdaşları ilə görüş keçirilib.
AZPROMO-dan “vergiler.az”a verilən məlumata görə, görüşdə hər iki ölkənin istehsal və ixrac etdiyi məhsullar, eləcə də Azərbaycanın investisiya imkanlarına dair məlumatlar diqqətə çatdırılıb.
Tərəflər arasında tekstil sənayesində əməkdaşlıq, logistika məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, hər iki ölkənin sahibkarları arasında əlaqələrin qurulması və genişləndirilməsi məqsədilə vebinarın təşkilinə dair razılıq əldə olunub.