Azərbaycan Yuqranın qeyri-əmtəə ixracı üzrə 5 əsas tərəfdaşı sırasındadır

2023.03.10 14:34 (UTC+04:00)

Azərbaycan Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın qeyri-əmtəə, qeyri-enerji ixracı üzrə 5 əsas tərəfdaşı sırasındadır.

vergiler.az” Rusiya İxrac Mərkəzinə istinadən xəbər verir ki, bu barədə Mərkəzin baş direktoru Veronika Nikişina deyib.

Onun sözlərinə görə, Yuqra öz tərəfdaşlarına ağac emalı və maşınqayırma sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin məhsullarını tədarük edir və ixracın artırılması üçün böyük potensial mövcuddur.

“Eyni zamanda, diqqətinizə çatdırmaq istərdim ki, ixracatçı şirkətlərin 80 faizindən çoxu KOB reyestrinə daxil edilən və region tərəfindən fəal dəstəklənən kiçik müəssisələrdir. Qeyri-əmtəə, qeyri-enerji ixracı üzrə xüsusi tərəfdaş ölkələr Çin, Özbəkistan, Qazaxıstan, Azərbaycan və Tacikistandır”, - deyə V.Nikişina qeyd edib.