Vyetnamla ticarət dövriyyəsi artıb

2023.03.10 14:19 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Vyetnamla ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni ayına nisbətdə 81 254,94 min ABŞ dolları və ya 8,5 dəfədən çox artaraq 92 052,09 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan Vyetnama ixrac edilən məhsulların dəyəri 85 115,06 min dollar təşkil edib. Ötən ilin eyni ayında bu ölkə ilə ixrac əməliyyatları aparılmayıb.

Hesabat dövründə Vyetnamdan Azərbaycana 6 937,04 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 3 860,11 min dollar və ya 35,7 faiz azdır.

Cari ilin ilk ayında ölkənin ümumi ticarət dövriyyəsində Vyetnamla ticarətin payı 2,8 faiz təşkil edib.