Bu il 150-yə yaxın kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur.
"vergiler.az" xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.
Onun sözlərinə görə, söhbət yeni yaşayış massivləri və qazla təmin olunmayan kəndlərdə daşıyıcı və paylayıcı küçə xətlərinin çəkilməsindən gedir.
“Bu işlər aparıldıqdan sonra artıq mənzildaxili qazlaşdırma işləri vətəndaşların öz sifarişi ilə müvafiq sahədə xüsusi lisenziyası olan təşkilatlara müraciət etməklə həyata keçiriləcək. Bu zaman məişət qaz sayğacları əhali abonentləri üçün tam ödənişsiz olaraq “Azəriqaz” tərəfindən təmin olunur”, - deyə T. Cəfərov qeyd edib.
O həmçinin əlavə edib ki, cari ilin ilk 2 ayında 32 yeni yaşayış massivinin qazlaşdırılması tam başa çatdırılıb və təbii qazın verilməsi təmin olunub.
“Hazırda 36 kənd və yeni yaşayış massivində qazlaçdırma işləri davam etdirilir, 23 yaşayış massivinin və kəndin qazlaşdırılması işləri tamamlanıb və istismara qəbul prosesi gedir”, - T.Cəfərov əlavə edib.