Novqoroddan Azərbaycana 61,2 ton kartof göndərilib

2023.03.10 10:54 (UTC+04:00)

Son bir neçə ildə ilk dəfə olaraq Rusiya Federasiyasının Novqorod vilayətindən Azərbaycana 61,2 ton kartof ixrac edilib. "vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, məhsul baytarlıq və sanitariya baxımından təhlükəsiz sayılıb və idxal edən ölkənin tələblərinə tam cavab verir. Onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının nəticələri ilə təsdiqlənib.