Novruz yarmarkası fasiləsiz fəaliyyət göstərəcək

2023.03.09 15:36 (UTC+04:00)

Novruz bayramı ilə əlaqədar olaraq 11-19 mart tarixlərində “Kənddən şəhərə” yarmarkaları təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, yarmarkalarda 50 regiondan 82 fermer iştirak edəcək, 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulları satışa çıxarılacaq.

“Kənddən şəhərə” Novruz yarmarkaları Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı) ünvanlarında təşkil olunacaq.