Bu ilin yanvar ayında Azərbaycanın Hindistanla ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni ayına nisbətdə 96 420,45 min ABŞ dolları və ya 9,7 dəfədən çox artaraq 107 445,75 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Hindistandan Azərbaycana 21 583,14 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 10 899,26 min dollar və ya 2 dəfə üstələyir.
Hesabat dövründə Azərbaycandan Hindistana ixrac edilən məhsulların dəyəri isə 251 dəfədən çox və ya 85 521,19 min dollar artaraq 85 862,62 min dollar təşkil edib.
Cari ilin ilk ayında ölkənin ümumi ticarət dövriyyəsində Hindistanla ticarətin payı 3,27 faiz təşkil edib.