Minik avtomobillərinin istehsalı artıb

2023.03.07 17:43 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanda 195 ədəd minik avtomobili istehsal olunub.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni ayı ilə müqayisədə istehsal 91,2 faiz və ya 93 ədəd artıb.

Cari ilin fevralın 1-nə hazır məhsul ehtiyatı isə 314 avtomobil təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə ölkədə 2049 minik avtomobili istehsal olunub ki, bu da bir il öncəki göstəricini 0,3 faiz üstələyir.