Türkmənistanla ticarət dövriyyəsi artıb

2023.03.07 14:31 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni ayına nisbətdə 45 326,15 min ABŞ dolları və ya 3,1 dəfəyədək artaraq 66 955,26 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Türkmənistandan Azərbaycana 62 500,67 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 44 833,08 min dollar və ya 3,5 dəfədən çox üstələyir.

Hesabat dövründə Azərbaycandan Türkmənistana ixrac edilən məhsulların dəyəri isə 12,4 faiz və ya 493,07 min dollar artaraq 4 454,59 min dollar təşkil edib.

Cari ilin ilk ayında ölkənin ümumi ticarət dövriyyəsində Türkmənistanla ticarətin payı 2,04 faiz təşkil edib.