Bu ilin 1 yanvar tarixinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 222 mini ötüb ki, onların da 22 faizi və ya 269 320 nəfərini qadınlar təşkil edir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, qadın sahibkarlar əsasən kənd təsərrüfatı, xidmət və digər sahələrdə fəaliyyət göstərirlər.
Sahibkar qadınların 29,9 faizi Bakıda, 10,2 faizi Lənkəran-Astara, 8,9 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
KOBİA tərəfindən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi çərçivəsində indiyədək 40 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib ki, onlardan 9-u qadın sahibkarlar tərəfindən təqdim edilən layihələrdir.