2022-ci il ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB inkişaf mərkəzləri tərəfindən təşkil edilən müxtəlif mövzularda biznes təlimlərdən 3 minə yaxın qadın sahibkar faydalanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, KOBİA-nın əlaqələndiricisi olduğu “Almaniya-Azərbaycan birgə Proqramı”ndan bugünədək 100-dən çox qadın sahibkar və menecer yararlanıb.
11 qadın sahibkar onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə edilən gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi əldə edib.
2022-ci ildə KOBİA-nın sərgi və yarmarkalarda iştiraka dəstək mexanizmindən istifadə edən 1050 sahibkarlıq subyektinin 40 faizdən çoxu qadın sahibkar olub. Həmçinin, ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanan 25 sahibkarlıq subyektindən 12-si qadındır.